Geri qayıt
Warning: Undefined array key 0 in /base/1191/public_html/smarty/mtemplates_c/44c2ab097aa38bdf246bd63a1f3dff5f640f4cc6_0.file.menu-sub.tpl.php on line 25 Warning: Trying to access array offset on value of type null in /base/1191/public_html/smarty/mtemplates_c/44c2ab097aa38bdf246bd63a1f3dff5f640f4cc6_0.file.menu-sub.tpl.php on line 25Nümunəvi göstərici orkestr
Kollektivin ən böyük arzusu - zəfər günü Şuşada, Laçında, Xankəndidə və digər işğal altında olan torpaqlarımızda qələbə marşını ifa etməkdir.
Azərbaycan mədəniyyətinin mühüm bir qolu sayılan musiqimiz çoxəsrlik inkişaf yolu keçib, nəsildən-nəslə ötürülərək təkmilləşib və daha da zənginləşib. Xüsusilə XX əsrdə yaradıcılıq axtarışlarının diapazonu genişlənib, yeni-yeni janrlar, melodiya və ritm zənginliyi ilə fərqlənən müxtəlif rəqslər yaranıb.
Bu janrlar arasında önəmli yer tutan hərbi musiqi zamanından və məkanından asılı olmayaraq insanları daim mübarizəyə və qələbəyə səsləyib.
Əsrin sonlarında ölkəmizə qarşı torpaq iddiası qaldırmış erməni qəsbkarları ilə aparılan müharibə şəraitində yaranan bu nəğmələr o illərin bütün ağrı, acısını əks etdirməklə yanaşı, düşmənə nifrət, Vətənə sevgi, dövlətə sədaqət hissləri aşılayırdı. O çətin illərdə formalaşan Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestri də hərbi qulluqçularda ruh yüksəkliyini, qələbəyə inam hissini gücləndirmək üçün əlindən gələni əsirgəmirdi.
Noyabr ayının 17-də 20 illik yubileyini qeyd edəcək hərbi orkestr fəaliyyət göstərdiyi bu zaman kəsiyində sözün əsl mənasında nümunəvi olduğunu sübut etdi. Çünki onun sıralarına daxil olan musiqiçilər nəinki peşəkar ifaları, eyni zamanda bütün varlığı ilə Vətənə, torpağa bağlı olmaları ilə də seçilirlər.
Bu ənənə yenə də davam edir. Hazırda orkestrin heyəti 115 nəfərdən ibarətdir. Onun nəzdində mahnı və rəqs ansmblı fəaliyyət göstərir. Kollektiv fleyta, qoboy, klarnet, şeypur, alt, tenor, bariton, saksofon, trombon, tuba, böyük və kiçik təbil ifaçılarından ibarətdir. Leytenant Zaur Əmiraslanov, gizir Vəsilə İbrahimova, Fidan Hacıyeva, Səlim Abbasov, Prezident təqaüdçüsü Amil Məmmədov, Zabitə Alıyeva, Zeynalabdin Kərimov, Aslan Hüseynov orkestrin solistləridirlər.
Bədii rəhbər isə Daxili Qoşunların Baş İdarəsində Hərbi orkestr xidmətinin rəisi-baş hərbi dirijor, Azərbaycan Respublikasının “Əməkdar artist”i polkovnik-leytenant İlqar Novruzovdur. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının məzunu olan polkovnik-leytenant İ.Novruzov kollektivin yarandığı ilk günlərdən öz əməyini, istedadını hərbi musiqinin inkişafına yönəldib. “Daxili Qoşunların marşı”, “Ali Hərbi Məktəbin marşı”, “Alay marşları”, Ümümmilli Lider Heydər Əliyevə həsr olunmuş “Parlaq Günəş” əsəri, “Əsgər Anası” mahnısı məhz onun əməyinin məhsuludur.
Bu baxımdan deyə bilərik ki, hərbi dirijorumuzun Azərbaycan musiqi sənətinin inkişafında da xidmətləri, fəaliyyətləri danılmazdır. Bunun nəticəsidir ki, polkovnik-leytenant İ.Novruzov dəfələrlə həm Daxili İşlər Naziri, həm də Daxili Qoşunlar Komandanlığı tərəfindən mükafatlandırılıb. Lakin ən böyük mükafat özünün də qeyd etdiyi kimi, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilən “Əməkdar artist” fəxri adıdır. Əslində, bu fəxri ad onun 20 ildə çəkdiyi zəhmətin, əziyyətin ən gözəl mükafatıdır.
Hərbi orkestrin fəaliyyəti haqqında danışarkən bədii rəhbər ilk olaraq vurğaladı ki, orkestr həqiqətən də böyük inkişaf yolu keçib: “Nümunəvi-göstərici Hərbi Orkestr Daxili Qoşunlarla birgə addımlayıb, istər ən ağır və çətin, istərsə də ən əlamətdar və sevincli günlərdə şəxsi heyətin döyüş ruhunun yüksəldilməsinin şərəf borcu olduğunu dərindən dərk edib”.
Ötən müddətdə kollektivin həm tərkibi, həm də yaradıcılıq səviyyəsi dəyişib, professional yönümdə formalaşıb.
Polkovnik-leytenant İ.Novruzov qeyd etdi ki, illər ötdükcə yaxşı mənada ifaçılıq dəsti-xətti ilə fərqlənən orkestrin repertuarına bu gün dünyanın dahi bəstəkarları L.Van Bethoven, V.A.Mosart, F.Şopen, P.Çaykovski, eləcə də Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayev, S.Ələsgərov, V.Adıgözəlov, T.Quliyev kimi dahi bəstəkarların əsərləri daxil edilib: “Repertuarımızda estrada və caz musiqilərinə də müraciət olunur, lakin milli ruhlu marşlar və mahnılar daha çox üstünlük təşkil edir”.
Kollektiv indiyədək yüzlərlə rəsmi tədbirlərdə, müxtəlif idarə və təşkilatlarda, mədəniyyət ocaqlarında və ölkənin televiziya kanallarında uğurlu çıxışlar edib. Lakin baş hərbi dirijor orkestrin cəbhə bölgəsində yerləşən hərbi hissələrdə təşkil edilən konsert proqramlarını ən böyük xidmətləri kimi dəyərləndirdi. O, böyük fəxr hissi ilə bildirdi ki, bu cür tədbirlər həqiqətən də hərbi qulluqçularımızın döyüş əzmini yüksəldir, qələbəyə inamı artırır.
Bu gün orkestrin normal fəaliyyəti üçün demək olar ki, hər cür şərait yaradılıb. Yeni avadanlıqlar, musiqi alətləri, gücləndirici aparatlar alınıb, yerləşdiyi bina əsaslı şəkildə təmir olunub. Bütün bunları Daxili İşlər Naziri və Daxili Qoşunlar Komandanlığının göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi kimi qeyd edən hərbi orkestrin rəisi kollektivin daima yaradıcılıq axtarışlarında olduğunu dedi: “Kollektiv peşəkarlığını artırmaq və Daxili Qoşunların adını hər zaman zirvələrdə tutmaq üçün əzmlə çalışır və bundan sonra da çalışacaqdır”.
Nümunəvi-göstərici Hərbi Orkestrin bütün heyətini 20 illik yubiley münasibətilə ürəkdən təbrik edir, onlara arzularının çin olmasını - zəfər günü Şuşada, Laçında, Xankəndidə və digər işğal altında olan torpaqlarımızda qələbə marşını ifa etməyi arzulayırıq.
DAXİLİ QOŞUNLARIN NÜMUNƏVİ-GÖSTƏRİCİ HƏRBİ ORKESTRİNİN YUBİLEY KONSERTİ
Orkestr rəisinin məqaləsi
Hərbi marşlar, hərbi musiqi zamanından və məkanından asılı olmayaraq insanları mübarizəyə və qələbəyə səsləyir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestri 1993-cü ilin ağır günlərində - himayədarlarının köməyilə Azərbaycana torpaq iddiası qaldırmış erməni qəsbkarları ilə döyüşlərin aparıldığı bir dövrdə yaradılmışdır. Əsgər və zabitlərdə ruh yüksəkliyi yaratmaq zərurətindən yaradılan hərbi orkestr fəaliyyət göstərdiyi bu illər ərzində sözün əsl mənasında nümunəvi olduğunu sübut etmişdir.
Peşəkar musiqiçilər və ifaçılar Daxili Qoşunların sıralarına tək musiqiçi kimi yox, həm də əsl vətəndaş olaraq qoşuldular. Bu müddət ərzində orkestr yaradıcılıq səviyyəsi baxımından professional yönümdə formalaşaraq, öz ifaçılıq dəsti-xətti ilə fərqlənmişdir. Orkestrin repertuarında dünyanın dahi bəstəkarları L.Van Bethoven, V.A. Mosart, F.Şopen, P.Çaykovski, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Tofiq Quliyev və başqalarının əsərləri daxil edilib. Estrada və caz musiqilərinə də müraciət olunub. Orkestrin repertuarında milli ruhlu marşlar və mahnılar xüsusi yer tutur.
Kollektiv indiyədək yüzlərlə rəsmi tədbirlərdə iştirak edib. Orkestr cəbhə bölgəsində, hərbi hissələrdə, müxtəlif idarə və təşkilatlarda, mədəniyyət ocaqlarında və ölkənin televiziya kanallarında uğurlu çıxışlar edib. Qeyd etmək lazımdır ki, orkestrin yaranmasının 15-ci ildönümü böyük təntənə ilə Azərbaycan Dövlət Musiqi teatrında keçirilmişdir.
Bu gün orkestrin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Yeni avadanlıq, musiqi alətləri, gücləndirici aparatlar alınıb. Orkestrin yerləşdiyi bina əsaslı təmir olunmuş və fəaliyyəti üçün hərtərfli şərait yaradılmışdır.
Hazırda Nümunəvi-göstərici hərbi orkestr 115 nəfərdən ibarətdir. Orkestrin Bədii rəhbəri – Daxili Qoşunların Baş İdarəsində Hərbi orkestr xidmətinin rəisi-baş hərbi dirijor Azərbaycan Respublikasının "əməkdar artist"i polkovnik-leytenant İlqar Novruzovdur. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının məzunu olan İ.Novruzov kollektivin yarandığı ilk günlərindən xidmət edir və öz əməyini və istedadını hərbi musiqinin inkişafına yönəldir. “Daxili Qoşunlarınn marşı”, “Ali Hərbi Məktəbin marşı”, “Alay marşları”, Ümümmilli Lider Heydər Əliyevə həsr olunmuş “Parlaq Günəş” mahnısı, “Əsgər Anası” mahnısı və digər əsərlər polkovnik-leytenant İ.Novruzovun əməyinin məhsuludur.
2011-ci ildə Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə və DİN Daxili Qoşunlarda səmərəli fəaliyyət göstərdiyinə görə polkovnik-leytenant İ.Novruzova Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Əməkdar artist” fəxri adı verilmişdir.
Orkestrin rəisi baş leytenant Hüseyn Əliyevdir.
Hərbi dirijorlar: baş leytenant Cahangir Qurbanov, gizir Mail Mailov, gizir Səbuhi Allahverdiyevdir.
Orkestr nəfəsli və zərb alətlərindən təşkil olunub: fleyta, qoboy, klarnet, şeypur, alt, tenor, bariton, saksofon, trombon, tuba, böyük və kiçik təbil ifaçılarından gizirlər: Valeriy Xalidov, Mahmud Aslanov, Qədim Qənbərov, Ruslan Rüstəmov, Aleksandr Nəbiyev və Seymur Cəfərov.
Orkestrin nəzdində mahnı və rəqs ansmblı da fəaliyyət göstərir. Ansamblın solistləri: leytenant Zaur Əmiraslanov, gizir Vəsilə İbrahimova, Fidan Hacıyeva, Səlim Abbasov, Prezident təqaüdçüsü Amil Məmmədov, Zabitə Alıyeva, Zeynalabdin Kərimov və Aslan Hüseynovdur.
Bu gün orkestr yaradıcı axtarışlarını davam etdirir, fəaliyyətini daim təkmilləşdirir, peşəkarlığını artırır.
Kollektivin ən böyük arzusu – ordumuzun zəfər günündə qələbə marşını ifa etməkdir.
İlqar Novruzov
| Hüseyn Əliyev | Zaur Əmiraslanov | Cahangir Qurbanov |
Amil Məmmədov | Zeynalabdin Kərimov | Zabitə Alıyeva | Fidan Hacıyeva |
C.Q.Qurbanova “Əməkdar artist” fəxri adı verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə kapitan Cahangir Qafar oğlu Qurbanova “Əməkdar artist” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 mart 2015-ci il.
Daxili Qoşunların musiqi salnaməsi - Nümunəvi-göstərici hərbi orkestr
Bu gün orkestrin normal fəaliyyəti üçün demək olar ki, hər cür şərait yaradılıb. Yeni avadanlıqlar, musiqi alətləri, səsgücləndiricilər alınıb, yerləşdiyi bina əsaslı şəkildə təmir olunub. Yaradılmış hərtərəfli şəraiti Daxili İşlər Naziri və Daxili Qoşunlar Komandanlığı tərəfindən onlara göstərdiyi xüsusi diqqət və qayğı kimi dəyərləndirən kollektiv bundan sonra da peşəkarlığını artırmaq və Daxili Qoşunların adını hər zaman zirvələrdə tutmaq üçün əzmlə çalışacaqlarını bildirir.